Qaynar xətt:

(+99450) 247 90 86

Macarıstan Aİ-də səsvermə hüququnu itirə bilər

DÜNYA

272

05.03.2025, 15:10

Volt Avropa partiyasından olan Avropa Parlamentinin üzvləri martın 6-da keçiriləcək Aİ sammiti öncəsi Avropa liderlərinə göndəriləcək fəaliyyət planı hazırlayıblar.

Oxu24.com xəbər verir  ki,bu barədə “Politico” məlumat yayıb.

Təkliflərdən biri də Macarıstanın Avropa İttifaqında səsvermə hüququndan məhrum edilməsidir.

Plana ümumi Avropa ordusunun yaradılması, Aİ-nin müdafiə sahəsində səlahiyyətlərinin genişləndirilməsi və Kaja Kallasa Aİ xarici işlər naziri statusunun verilməsi təklifi də daxil olmaqla 9 bənd daxildir.

Daha əvvəl Politico xəbər vermişdi ki, Macarıstanın etirazları səbəbindən Kiyev üçün Kallasın təklif etdiyi 20 milyard avroluq yeni hərbi yardım paketi üzərində iş dayandırılıb.

Miri